Rəqib Bakıya gələ bilmədi, millimizin matçı ləğv edildi
19.09.2022 - 17:17

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA açıqlayıb.
Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın Qırğızıstanla yoldaşlıq oyunu baş tutmayacaq. Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan görüşdəki rəqib Azərbaycana səfər edə bilməyib.
Qeyd edək ki, U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
0
0