Rəşad Sadıqov: “Mükafatçılar sırasına düşmək də istəsəm də, bunu demirdim”
21.05.2022 - 21:36

“Mövsümü uğurlu dəyərləndirirəm. İstəyim “üçlüy”ə düşmək idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Premyer Liqanın mükafatlandırma mərasimindən öncə fikirlərini “CBC Sport”a açıqlayıb: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma özüm mükafatçılar sırasına düşmək də istəyirdim. Lakin bunu demirdim. Futbolçuları və hamını təbrik edirəm. “Qarabağ” layiqli çempion oldu. Onları da təbrik edirəm”.
0
0