
Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə darmadağın edib.
Apasport.az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.-
Oyun haqqında nə deyə bilərsiniz?
- Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu artıq bir dönüşdür. Çempionatımız çox maraqlı keçir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.
- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?
- Bu məsələ hələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.
- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
- Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsınlar.
- Martda yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız?
- Ona baxarıq.
- UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir
- Sərbəst güləşçilərimizin Avropa çempionatında rəqibləri müəyyənləşdi
- Federasiya prezidenti milli komanda ilə görüşüb
- "Qarabağ" bu mövsüm ilk dəfə bir oyunda 3 top buraxıb
- Okan Buruk: “Birdən-birə kimsə zəng edir və komanda meydançadan çəkilir”