
AFFA-nın prezidenti Rövşən Nəcəf UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Zirə"ni təbrik edib.
Apasport.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Zirə" futbol klubunu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm" - deyə AFFA prezidenti bildirib:
Xatırladaq ki, "Zirə" 3-cü təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu penaltilər seriyasında məğlub edərəl Konfrans Liqasının pley-offuna yüksəlib.