“Sabah” Abşeronda futbolçu seçiminə başlayır
09.05.2024 - 22:30

“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə Abşeronda futbolçu seçimlərinə başlayır.
Apasport.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 14-15 may tarixlərində, Xırdalan şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.
Seçimlər saat 13:00-da, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
0
0