
Bu gün Misli Premyer Liqasının III turunda 1 oyun keçiriləcək.
Apasport.az saytının məlumatına görə, mərkəzi görüşdə “Sabah”la “Neftçi” birincilərin meydanında qarşılaşacaq.
Rusiyanın tanınmış futbol eksperti Kirill Dudnik matçla bağlı düşüncələrini bölüşüb. Mütəxəssis paytaxt derbisində komandaların şanslarını dəyərləndirib:
Hər iki komanda ilk iki turda maksimum xal toplayıb. “Sabah” daha inamlı qələbələr qazanıb. “Sumqayıt” və “Zirə” ilə matçlarda 3 qolla qalib gəlib. Bunun nəticəsidir ki, komanda ən yaxşı top fərqinə malikdir. “Neftçi” isə rəqibindən cəmi 1 top çox buraxıb.
“Sabah” mövsümün əvvəlində yaxşı görünsə də, bu dəfə tez-tez uduzduğu ciddi rəqiblə qarşılaşacaq. Düşünürəm ki, “Neftçi” qalib gələrək, itkisiz irəliləyəcək.
Proqnozum: 2