"Sabah" səfərdə 100-cü qolu buraxıb
08.04.2024 - 11:27

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
Bakı klubu 0:2 hesabı ilə uduzduğu oyuna qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.
“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. 2018/19 mövsümündən Premyer Liqada çıxış edən komanda ilk dəfə 2018-ci il avqustun 19-da, “Sumqayıt”la səfər görüşündə qapısında qol görüb – 1:4.
0
0