"Sabah" "Sent Patriks"ə qarşı oynayacaq
02.08.2024 - 00:17

"Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, iki oyunun nəticəsinə görə təmsilçimiz "Sent Patriks"lə qarşılaşacaq.
İrlandiya təmsilçisi II təsnifat mərhələsində "Vaduts"u (Lixtenşteyn) mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesabı ilə qalib gələn "Sent Patriks" cavab matçında heç-heçəyə nail olub - 2:1.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək. "Sabah"ın ilk oyunu səfərdə olacaq.
0
0