"Sabah" Türkiyə klubu ilə qarşılaşa bilər
05.08.2024 - 16:20

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Nyonda təşkil olunub.
"Sabah" pley-off mərhələsinə vəsiqəni təmin edəcəyi halda "İberia 1999" - "Başakşehir" cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Sent Patriks Atletik” - "Sabah" matçı avqustun 8-də, cavab oyunu isə ayın 15-də gerçəkləşəcək.
0
0