"Sabah"da Aleksey İsayev yerinə alternativ - 400 min dollar...
15.01.2024 - 15:39

"Sabah" Aleksey İsayevə əvəzləyici tapıb.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi "Zirə" dən Eldar Quliyevi transfer etməyi planlaşdırır.
Amma komandası yarımmüdafiəçini buraxmaq fikrində deyil. Onun üçün "Sabah"dan nə az-nə çox 400 min dollara yaxın pul istəyiblər. Hazırda danışıqlar davam edir.
"Sabah" isə transferi mövsümün ikinci yarısına kimi reallaşdırmaq istəyir.
Qeyd edək ki, Alaksey İsayev "Sabah"dan "Qarabağ"a keçib
0
0