“Sabah”dan İtaliyada ilk oyununda QƏLƏBƏ
31.03.2024 - 16:15

İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Sabah” turnirdə birinci matçında yerli “Zambra Calcio” komandasına 2:0 hesabıyla qalib gəlib.
Nasir Nəsirlinin yetirmələri turnirdə İtaliyanın “Zambra Calcio”, “Piza”, “Rosina”, həmçinin Lüksemburqun “Benfika Escola” komandaları ilə bir qrupda mübarizə aparır.
0
0