“Sabah”ın baş məşqçisinə qırmızı vərəqə
11.09.2022 - 22:34

Misli Premyer Liqasının VI turunun “Qarabağ” – “Sabah” oyununun sonlarında xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubunun lehinə təyin olunan ikinci penalti qonaqların narazılığına səbəb olub.
Aleksey İsayevin hakimdən VAR-a baxmağı tələb etdiyi vaxtda baş məşqçi Murad Musayev də aqressivlik göstərib. Matçın referisi ona qırmızı vərəqə verərək texniki zonadan qovub.
Qeyd edək ki, “Qarabağ” 4:3 hesablı əzmkar qələbə qazanıb.
0
0