Şahmat üzrə turnir Şuşada keçiriləcək
17.01.2024 - 13:28

Bu il şahmat üzrə "Vüqar Həşimov Memorialı" Şuşada keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yubiley yarışı avqustun 27-31-də keçiriləcək.
Qeyd edək ki, ötən il Hindistan şahmatçısı Vidit Santoş Qujrati Qəbələdə təşkil olunan 9-cu Vüqar Həşimov Memorialının qalibi olub.
0
0