Şahruddinli "Adana Demirspor"dan növbəti xal itkisi
21.01.2024 - 00:30

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Ankaragücü"nü qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Şahruddin də bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
21 turdan sonra 30 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0