"Şamaxı" - "Kəpəz" oyununun vaxtı dəyişdirilib
10.07.2024 - 15:20

“Şamaxı”nın yay təlim-məşq toplanışı çərçivəsində keçirilməsi nəzərdə tutulan hazırlıq oyununun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, hazırlıq çərçivəsində iyulun 14-dü “Kəpəz”lə keçirilməli olan yoxlama matçı tərəflərin razılığı ilə bir gün sonraya təxirə salınıb.
Qeyd edək ki, “Şamaxı” – “Kəpəz” görüşü iyulun 15-i saat 17:30-da Qəbələ şəhər stadionunda start götürəcək.
0
0