"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
24.07.2024 - 16:17

"Şamaxı" klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.
Oyun iyulun 26-da, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.
0
0