"Şamaxı"dan növbəti transfer
04.01.2025 - 19:51

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Murad Vəliyevi heyətinə qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.
Qeyd edək ki, Estoniyanın “Levadiya”ya məxsus olan Vəliyev icarə əsasında “Nomme Yunayted”də çıxış edib.
0
0