
“Şamaxı”nın qış təlim-məşq toplanışının vaxtı və yeri bəlli olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi hazırlığa yanvarın 3-ü start verəcək.
Toplanışın ikinci mərhələsi üçün “Şamaxı” yanvarın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.
Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb.
Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir.
- Konfrans Liqasında 46 oyun
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Stolüstü tennisçilərimiz beynəlxalq toplanışa qatılıblar
- Rumıniya 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- Azərbaycandan Millətlər Liqasında ilk qələbə - YENİLƏNİB