“Şamaxı”nın hazırlıq mərhələsində növbəti rəqibi bəlli olub
21.07.2024 - 19:00

Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Şamaxı”nın hazırlıq mərhələsində növbəti rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ayxan Abbasovun komandası 1-ci Liqada çıxış edəcək “Cəbrayıl”la qarşılaşacaq. Oyun iyulun 23-də saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəl "Kəpəz" (2:1) və "Pelikan"la (5:0) keçirdiyi yoxlama görüşlərində qələbə qazanıb.
0
0