
Aərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, idmançılarımız yarışı 1 qızıl və 2 bürünc medalla bitiriblər.
2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə ediblər.
Qeyd edək ki,Avropa çempionatında mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsinə start veriləcək.
- Avropa Liqası tarixinin ən yaxşı 10 komandası - SİYAHI
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- “Turan Tovuz” Moldova millisinin futbolçusunu gətirdi
- Rəşad Eyyubov: "Onların uğurlarına inanıram, amma yeni məşqçi ilə" - MÜSAHİBƏ
- Gürcü hücumçu bu göstəricidə ilk pillədədir