Sançesdən "Beşiktaş"a cavab
10.01.2024 - 11:31

"Beşiktaş" PSJ-yə transfer olunan və karyerasını icarə əsasında "Roma"da davam etdirən Renato Sançeslə maraqlanır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, ulduz futbolçu "Beşiktaş"ın təklifini rədd edib. Yarımmüdafiəçi onunla maraqlanan "Olimpiakos" və PAOK klublarına da mənfi cavab verib.
Qeyd edək ki, 26 yaşlı futbolçu AVRO-2016-da qələbə qazanan Portuqaliya Milli Komandasında Fernando Santuşla birgə çalışıb.
0
0