Santuşun müqavilə detalları açıqlandı
13.06.2024 - 12:53

AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, 70 yaşlı çalışdırıcı ilə 3+1 illik müqavilə imzalanıb.
Təzminat və maddi məsələlər isə açıqlanmayıb.
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
0
0