"Səbail" Türkiyədə oyuna çıxacaq
11.07.2024 - 12:50

“Səbail” yeni mövsümə hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Rəqib Türkiyənin 1-ci liqasında mübarizə aparan “Erzurumspor”dur.
Qeyd edək ki, matç Bakı vaxtı ilə 17:00-da start götürəcək.
0
0