"Səbail" Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb
04.06.2024 - 17:17

2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
0
0