“Səbail”in qış hazırlıq planı müəyyənləşib
28.12.2024 - 15:52

“Səbail”in qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, “dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaq.
Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq. Komandamız hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək.
Matç yanvarın 11-də baş tutacaq. Görüşün məkanı və saatı hələ məlum deyil.
0
0