Şəhriyar Məmmədyarov qeyri-rəsmi turnirdə birinci oldu
10.04.2024 - 20:24

Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib.
Apasport.az xəbər verir ki, Kanadaya Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda iştirak edib.
O, turnirin qalibi olub.
Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb.
0
0