Şeydayev Çempionlar Liqasında oynadı, komandası uduzdu
25.10.2023 - 17:36

Bu gün Asiya Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted ” öz meydanında “Melburn Siti”ni qəbul edib.
Matç ev sahibi komandanın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 73 dəqiqə meydanda olan futbolçumuzu sloveniyalı Vuçkiç ilə əvəzlənib.
Qeyd edək ki, 3 oyunun yalnız birində qalib gələn Tailand təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində yer alıb.
0
0