
Azərbaycan millisinin və Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev sarı vərəqə limitindədir.
Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə I Liqasında “Ümraniyəspor”a qarşı keçirəcəkləri XXXI tur matçında rəsmi xəbərdarlıq alacağı təqdirdə cəzalı duruma düşəcək. Nəticədə o, növbəti turun “Bandırmaspor”la ev qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
“Giresunspor”a qalib gəldikləri (2:0) görüşün 16-cı dəqiqəsində cəzalandırılan təcrübəli forvardın passivində hazırda 3 sarı vərəqə var.
Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm Kocaeli təmsilçisinin heyətində ümumilikdə 11 matçda 1 qolla yadda qalıb.