Siyasət Əsgərov: "Potensial rəqiblərdən ən güclüsü bizə düşdü"
19.07.2024 - 22:52

Xəbər verdiyimiz kimi, qadın futbolçulardan ibarət milli komandamız Avropa Çempionatının "pley-off" mərhələsində Portuqaliya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Siyasət Əsgərov püşkün nəticəsi ilə bağlı açıqlama verib.
Mütəxəssisin düşüncələrini təqdim edirik:
"Potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq".
0
0