“Strandja” turnirində 2 medal
27.02.2023 - 10:41

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata göə, Azərbaycan millisi 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.
Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.
0
0