Ştuxlik AFFA-dan ayrılır - SƏBƏB
24.06.2022 - 10:12

AFFA-nın Hakimlər Komitəsində rəhbər dəyişikliyi olacaq.
Apasport.az saytının məlumatına görə, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Komitənin sədri Fritz Ştuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq. 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinə rəhbərlik edən avstriyalı ilə anlaşma uzadılmayacaq.
Onu kimin əvəz edəcəyi yaxın müddətdə müəyyənləşəcək. AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinat gerçəkləşdirəcək.
0
0