"Sumqayıt" - "Fehervar" matçının biletləri satışa çıxıb
15.07.2024 - 14:32

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasının biletləri artıq satışa çıxıb.
Apasport.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. "Sumqayıt" - "Fehervar" matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.
0
0