
Misli Premyer Liqasının ilk turu çərçivəsində 3 avqust, saat 20:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Kəpəz" qarşılaşmasının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletləri iticket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. Bilet almaq üçün aşağıdakı keçidə daxil olmaq lazımdır.
https://iticket.az/events/sport/sumqayit-fk-kepez-pfk03.08/124558