"Sumqayıt" Türkiyəyə YOLLANDI
06.01.2024 - 17:56

"Sumqayıt" ikinci dövrəyə hazırlıqları davam etdirmək üçün Türkiyəyə yollanıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt komandası təlim-məşq toplanışlaraını Antalya şəhərində davam etdirəcək.
Samir Abbasov futbolçularını 2 yoxlama oyununda sınayacaq.
İlk qarşılaşma yanvarın 12-də Rumıniyanın "Hermanştadt", digəri isə 16-da Özbəkistanın "Soqdiana" klubu ilə baş tutacaq.
0
0