
Misli Premyer Liqasının XIII turunda “Neftçi” ilə görüşən “Sumqayıt” 2:1 hesablı səfər qələbəsi qazanıb.
Apasport.az xəbər verir ki, bununla da Samir Abasovun yetirmələri xallarının sayını 21-ə çatdırıb.
Bu, “Gənclik şəhəri” təmsilçisinin qış fasiləsinə qədər olan dövr üçün mütləq rekordudur. Sumqayıtın eyniadlı klubu heç vaxt fasiləyədək bu qədər xal toplamayıb.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Bunadək rekord 20 xala bərabər idi. Komandanın aktivində 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdir.