Super Liqada növbəti məşqçi istefası
23.09.2024 - 14:53

Super Liqa təmsilçisi "Adana Dəmirspor" 2 ay əvvəl müqavilə imzaladığı baş məşqçi Maykl Valkanisi istefaya göndərib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın cari mövsüm uğursuz nəticələrinə görə yola salınıb.
"Adana Dəmirspor"u Super Liqada 1 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, 50 yaşlı mütəxəssislə iyul ayında "1+1" illik sözləşmə imzalanmışdı.
0
0