Taekvondoçularımız Belçikada 3 medal qazandı - FOTO
19.03.2023 - 21:48

Taekvondoçularımız Belçikada 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, Lomel şəhərində keçirilən açıq Belçika çempionatı başa çatıb. G2 kateqoriya yarışını Azərbaycan milli komandası 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, milli komanda Bakıya sabah qayıdacaq.
0
0