Təmsilçimiz Dünya Çempionatının bürünc medalını qazanıb
20.08.2024 - 19:22

Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 48 kq çəki dərəcəsində turnirin bürünc medalçısı müəyyənləşib.
3-cülük görüşündə təmsilçimiz Əmrah Əmrahov döşək üzərinə çıxıb. O, qazaxıstanlı Yedige Toleutayevlə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz bürünc medalın sahibi olub.
0
0