Tərlan Əhmədov: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”
08.10.2024 - 11:36

Roman Qriqorçukla yollarını ayıran “Neftçi” baş məşqçi postuna namizədləri nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, namizədlər arasında adı ən çox hallanan şəxs Tərlan Əhmədovdur.
Mütəxəssis saytımıza açıqlamasında gəzən söz-söhbətlərə reaksiya bildirib: “Yazılanları oxuyuram. Bunların bir çoxu da azarkeşlər tərəfindən ortaya atılan məlumatlardır. Ortada rəsmi nə isə yoxdur. Hələ ki, heç kim mənimlə əlaqə saxlamayıb”.
Qeyd edək ki, Əhmədov 2017-18 mövsümündə “Neftçi”ni çalışdırıb. Onun rəhbərliyi altında komanda bürünc medallara sahib çıxıb.
0
0