
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.
Apasport.az xəbər verir ki, əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada “Murov” və “Abşeron” klubları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən qarşılaşmada “Murov” qələbə qazanıb – 3:1 (28:26, 25:22, 29:31, 25:17).
Qeyd edək ki, “Azərreyl və “Abşeron” 15 xalla 1-ci və 2-ci yerleri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran”Murov” 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan”Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.