"Transfer pəncərələri"nin vaxtı müəyyənləşdi
10.06.2024 - 12:13

2024/2025 mövsümü üçün Azərbaycan futbolunda transfer dövrlərinin vaxtı müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay "transfer pəncərəsi" iyunun 25-də açılacaq və sentyabrın 16-dək davam edəcək.
Qışda isə bu müddət 14 yanvar - 10 fevral aralığını əhatə edəcək.
0
0