“Turan Tovuz” heyətini iranlı futbolçu ilə gücləndirdi
22.07.2024 - 16:10

"Turan Tovuz" iranlı futbolçu transfer edib.
Apasport.az klubun mətbuat xidmətinə istnadən xəbər verir ki, Araş Qadiri ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi sonuncu dəfə İranın “Traktorsazi” klubunda forma geyinib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” komandalarında da çıxış edib.
0
0