"Turan Tovuz" Özbəkistan klubu ilə qarşılaşacaq
12.01.2025 - 10:49

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Turan Tovuz" bu gün ikinci yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Özbəkistanın yüksək liqasında mübarizə aparan "Paxtakor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq
"Turan Tovuz" hazırda Misli Premyer Liqasında 32 xalla 3-cüdür. "Paxtakor" isə ölkə çempionatında 38 xalla 6-cı yeri tutur.
Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk yoxlama oyununda "Qloriya Bizau" (Rumıniya) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
0
0