“Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışda
30.10.2024 - 16:51

Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxıb.
Apasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, “Turan Tovuz” - “Qarabağ” matçı 1 noyabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
0
0