“Turan Tovuz”da yeni müqavilə
29.03.2023 - 15:11

“Turan Tovuz” futbolçusu Denis Marandiçi ilə müqavilənin müddəti uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Moldovalı müdafiəçi ilə yeni müqavilə bağlanıb. Anlaşma 1+1 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Marandiçi “Turan Tovuz”un heyətində Premyer Liqada 9 oyun keçirib.
0
0