"Turan Tovuz"un "Kəpəz"lə oyununun vaxtı açıqlandı
09.07.2024 - 20:13

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək.
Apasport.az xəbər verir ki, oyun 10 iyul tarixində, saat 17:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında baş tutacaq.
Qeyd edək ki, "Turan Tovuz" yay toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında II Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib.
0
0