“Turan Tovuz”un legioneri yığmaya dəvət aldı
26.05.2024 - 14:20

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, müdafiəçi ölkə yığmasının İspaniyada keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.
Panamalıların hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvəsini sınaması gözlənilir.
Qeyd edək ki, Panama millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Qayana, 3 gün sonra isə Montserrat yığmaları ilə görüşəcək.
0
0