"Turan Tovuz"un rəqibləri müəyyənləşdi
16.07.2024 - 22:37

Türkiyədə təlim-məşq toplanışı keçən "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərinin kimliyi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin komandası 3 matçda qüvvəsini sınayacaq.
Tovuz təmsilçisi iyulun 18-də Türkiyə 1-ci Liqa təmsilçisi “Pendikspor”, 22-də isə Superliqada yarışan “Adana Dəmirspor”la qarşılaşacaq. "Turan Tovuz" son yoxlama oyununda “Kocaelispor”la üz-üzə gələcək. Görüş iyulun 25-də nəzərdə tutulub.
Qeyd edək ki, komanda iyulun 26-dək Ankaranın Qızılcahamam bölgəsində hazırlıq keçəcək.
0
0