Türkiyə klubunun avtobusu aşdı, 6 nəfər yaralandı
15.10.2022 - 13:40

Türkiyə I Liqa təmsilçisi “Dənizlispor” xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, komandanın oyunçularını daşıyan mikroavtobus aşıb.
Çempionatın ötən turunda dünən səfərdə “Boluspor”a 0:3 hesabı ilə uduzan komanda qarşılaşmanın ardından Dənizliyə qayıdarkən hadisə baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin həyati təhlükəsinin olmadığı açıqlanıb.
Qeyd edək ki, “Dənizlispor” hazırda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
0
0