UEFA-dan Əliyar Ağayevə təyinat
02.06.2022 - 13:55

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az saytının məlumatına görə, referi Millətlər Liqasının qrup mərhələsi matçını idarə edəcək.
O, iyunun 5-də keçiriləcək San Marino – Malta qarşılaşmasında ədaləti bərpa edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma San-Marinonun Serravalle şəhərində keçiriləcək.
0
0